
Cüneyt Çakır həvəskarlar liqasında!
[17.02.2016]
FİFA referisi Cüneyt Çakır Türkiyənin həvəskarlar liqasının oyununa təyinat alıb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, sözügedən liqada bu həftə keçiriləcək "Beykozspor" - "Küçükköyspor" matçını idarə edəcək.
Türkiyə Futbol Federasiyası bu görüşün hər iki komanda üçün böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq həmin oyunu təcrübəli hakimə həvalə edib.
50 xalla 3-cü pillədə qərarlaşan "Beykozspor" qrupdan çıxmaq üçün mütləq qələbə qazanmalıdır. 53 xalla 2-ci pillədə qərarlaşan "Küçükköyspor"u isə heç-heçə də qane edir.
Ana səhifə |
BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.