Qol.Az

Bakıdakı Şahmat Olimpiadasının vaxtı niyə dəyişib?

[17.02.2016]
Bakıdakı Şahmat Olimpiadasının vaxtı niyə dəyişib? Bakıdakı Ümumdünya Şahmat Olimpiadası və Beynəlxalq Şahmat Federasiyası (FİDE) Konqresinin vaxtının dəyişdirilmə səbəbi açıqlanıb.

Qol.Az-ın "Report"a istinadən yaydığı məlumata görə, FİDE-nin mətbuat xidməti vaxt dəyişikliyini sentyabrın 15-də Azərbaycanda yeni dərs ilinin başlanması ilə əlaqələndirib.

Açıqlamada deyilir: "Həmin gün hava limanında və ümumilikdə logistika ilə bağlı nələrin baş verə biləcəyini əla başa düşürük. Çoxlu məktəbli, tələbə və onların valideynləri dərslərin başlanması ərəfəsində aktual məsələlərini həll edirlər, tətildən qayıdırlar. Tədbirin qonaqlarının turnirdə rahat iştirak etmələrindən ötrü bütün belə çətinliklərdən və ajiotajdan yayınmaq istəyirik. Buna görə də Azərbaycan rəhbərliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə hamını qane edən qərar qəbul etdik".

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasının öncə də 17 - 30 sentyabrda keçirilməsi nəzərdə tutulurdu. Yeni qərara əsasən, Olimpiada 1 - 14 sentyabrda, Konqres isə 4-14 sentyabrda baş tutacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.