Qol.Az

Türkləri qəzəbləndirən təxribatçı rus oyunçuya ağır cəza verilir

[17.02.2016]
Türkləri qəzəbləndirən təxribatçı rus oyunçuya ağır cəza verilir

UEFA “Lokomotiv”in futbolçusu Dmitri Tarasova sərt cəza tədbiq edə bilər.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbər görə, dünən Avropa Liqasının 1/16 final mərhələsinin “Fənərbaxça” ilə İstanbulda keçirilən matçından sonra adıçəkilən oyunçu üzərində Rusiya prezidenti Vladimir Putinin şəklinin əks olunduğu formanı türk azarkeşlərə nümayiş etdirib. Bu isə “Fənər”li azarkeşlərin etirazına səbəb olub.

Formanın üzərində “Ən nəzakətli prezident” sözləri yazılıb.

UEFA-dakı mənbə “R-Sport” agentliyinə bildirib ki, hazırda Rusiya ilə Türkiyə arasında siyasi münasibətlər gərgin olduğundan Tarasovun etdiyi bu hərəkət açıq-aşkar təxribat hesab edilir.

“UEFA-nın əsasnaməsinə görə, siyasi təxribata yol verən oyunçu ən azı 10 oyunluğuna cəzalandırıla bilər” - deyə mənbə qeyd edib.

Bundan başqa, Tarasovun klubu “Lokomotiv”ə də cəza veriəcəyi istisna olunmur.

Əlavə edək ki, UEFA formanın üzərində ideoloji, siyasi və dini təbliğatı qadağan edib.

Onu da qeyd edək ki, Tarasov istənilən halda “Fənərabaxça” ilə cavab matçını buraxacaq. Buna onun növbəti sarı vərəqəni alaraq cəzalı duruma düşməsi səbəb olub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.