Qol.Az

Rusiyalı futbolçu türk azarkeşləri qəzəbləndirdi (FOTO)

[17.02.2016]
Rusiyalı futbolçu türk azarkeşləri qəzəbləndirdi (FOTO) Avropa Liqasının 1/16 finalında Moskva “Lokomotiv”ini qəbul edən "Fənərbaxça” 2:0 hesablı qələbə qazanıb.

Qol.Az-ın məlumatına görə, İstanbulda keçirilən oyundan sonra qonaqların futbolçusu Dmitri Tarasov türk azarkeşləri hiddətləndirən hərəkəti ilə yadda qalıb.

Rus futbolçu matçın final fitindən sonra formasını çıxararaq üzərində Rusiya Prezidenti Vladimir Putinin şəkli və "ən nəzakətli prezident" yazılı maykasını azarkeşlərə nümayiş etdirib.

28 yaşlı yarımmüdafiəçi matçdan sonra Rusiya mətbuatına açıqlamasında bu haqda fikirlərini belə izah edib:
 
"Nə demək istədiyim maykamın üzərində yazılmışdı. Putin mənim prezidentimdir. Ona böyük hörmətim var. Ona dəstək olduğumu göstərmək istədim".



<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.