Qol.Az

"Real" apellyasiya şikayəti verdi

[16.02.2016]
"Real" apellyasiya şikayəti verdi

"Real" "Atletik" (Bilbao) klubu ilə görüşdə iki sarı, ardından qırmızı vərəqə ilə meydandan qovulan Rafael Varanın cəzasının ləğv edilməsi ilə bağlı apellyasiya şikayət verib.

Qol.Az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi hər iki vərəqənin fransalı futbolçuya haqsız göstərildiyi qənaətindədir.

"Kral klubu"nun şikayətinə fevralın 17-də baxılacaq. "Real"ın şikayəti təmin olunacağı təqdirdə Varan La Liqanın növbəti turunda oynaya biləcək.

Qeyd edək ki, "Real" La Liqanın növbəti turunda səfərdə "Malaqa"nın qonağı olacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.