"Asan oyun olmadı. "Rəvan" tez təslim olan rəqib deyil. Onlar bizə çətin anlar yaşatdı. Əlimizə düşən fürsətləri tam olaraq dəyərləndirə bilmədik. İkinci hissənin sonunda "Rəvan" hesabı bərabərləşdirdi. Lakin biz özümüzdə güc tapıb qələbə qolunu vurduq".
Bu sözləri Qol.Az-a "Zirə"nin futbolçusu Rəşad Abdullayev Topaz Premyer Liqasının 21-ci turunda "Rəvan"a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
O bildirib ki, turnir cədvəlində liderlər qrupunda mübarizə aparmaq üçün çalışırlar:
"Fikrimiz sırf çempionluğa oynamaq deyil. Əsas məqsədimiz lazım olan yerə çatmaqdır. Hər oyun meydana qələbə üçün çıxırıq. Qələbə qazandıqca çempionluğa daha çox yaxınlaşırıq. Əvvəlki kimi oynamasam belə, hələki özümdə güc hiss edirəm".
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə