
Messi bunu da etdi (VİDEO)
[15.02.2016]
"Barselona"nın hücumçusu Lionel Messi La Liqanın 24-cü turunda "Selta Viqo" ilə görüşdə diqqət mərkəzinə düşüb.
Qol.Az-ın məlumatına görə, 28-ci dəqiqədə cərimə zərbəsindən vurduğu gözəl qolla hesabı açan argentinalı futbolçu 80-ci dəqiqədə komandasına penalti qazandırıb.
Özünə qarşı edilmiş kobudluğu referi qayda pozuntusu kimi dəyərləndirərək 11 metrlik cərimə nöqtəsini göstərib.
Topa yaxınlaşan Messinin qapıya birbaşa zərbə endirəcəyi gözlənilsə də, o fərqli qərar qəbul edib. Messi qapıya zərbə vurmaq əvəzinə komanda yoldaşı Luis Suaresə ötürmə edib, uruqvaylı futbolçu da öz növbəsində fürsəti qaçırmayıb.
Qeyd edək ki, oyun "Barselona"nın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ana səhifə |
BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.