Qol.Az

"Qızıl top"a namizədlər açıqlandı - Messi yoxdur

[13.08.2022]
"Qızıl top"a namizədlər açıqlandı - <b style="color:red">Messi yoxdur</b>

"French Football" nəşri 2022-ci il üçün "Qızıl top"a namizədlərin siyahısını açıqlayıb. 

Qol.az xəbər verir ki, namizədlər arasında PSJ-nin futbolçuları Lionel Messi və Neymar yer almayıblar.

"Qızıl top"a namizədlər:

Qapıçılar: Tibo Kurtua ("Real"), Mayk Menyan ("Milan")

Müdafiəçilər: Trent Aleksandr-Arnold ("Liverpul"), Joao Kanselo ("Mançester Siti"), Antonio Rudiger ("Çelsi"/"Real"), Vircil van Deyk ("Liverpul").

Yarımmüdafiəçilər: Coşua Kimmix ("Bavariya"), Kristofer Nkunku ("Leyptsiq"), Bernardo Silva, Fil Foden, Riyad Mahrez (hamısı "Mançester Siti"), Kazemiro ("Real"), Kevin de Brüyne ("Mançester Siti"), Fabinyo ("Liverpul"), Luka Modriç ("Real")

Hücumçular: Rafael Leau ("Milan"), Məhəmməd Salah, Luis Diaz, ("Liverpul"), Vinisius Junior, Kərim Benzema ("Real"), Robert Levandovski ("Bavariya"/"Barselona"), Kriştiano Ronaldo ("Mançester Yunayted"), Erlinq Haaland (Dortmund "Borussiya"sı/ "Mançester Siti"), Sebastien Aller ("Borussiya", Dortmund), Harri Keyn, Son Hın-Min ("Tottenhem"), Sadio Mane ("Liverpul"/"Bavariya"), Kilian Mbappe ( PSJ), Darvin Nunes ("Benfika"/"Liverpul"), Duşan Vlahoviç ("Fiorentina"/"Yuventus").

Qeyd edək ki, mükafatın son sahibi Lionel Messidir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.