Qol.Az

"Bavariya" "Barselona"nın təklifini rədd etdi

[24.06.2022]
"Bavariya" "Barselona"nın təklifini rədd etdi

"Bavariya" polşalı hücumçusu Robert Levandovski üçün  "Barselona"nın göndərdiyi yeni təklifi rədd edib.

Qol.az "The Telegraph"a istinadən xəbər verir ki,  Kataloniya klubu almanlara 35 milyon avro və bonuslar məbləğində yeni təklif göndərib. Lakin Münhen təmsilçisi bu təklif rədd edib. "Bavariya"nın 33 yaşlı oyunçu üçü 40 milyon avro və bonuslar istədiyi bildirilir.

Qeyd edək ki, Levandovskinin klubu ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. Ancaq oyunçu bu yay Münhen təmsilçisindən ayrılmaq istədiyini açıqlayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.