Qol.Az

Patrik Andrade yeni klubu ilə müqavilə bağladı

[23.06.2022]
Patrik Andrade yeni klubu ilə müqavilə bağladı

“Qarabağ”dan ayrılan Patrik Andradenin "Partizan"a keçidi rəsmiləşib.

Qol.az Serbiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, kabo verdeli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

“Partizan” sabah onu ictimaiyyətə təqdim edəcək.

Qeyd edək ki, Patrik Andrade “Qarabağ”a 2020-ci ildə “Çerno More”dən keçmişdi.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.