Qol.Az

"Qəbələ"nin futbolçusu əməliyyat olundu

[23.06.2022]
"Qəbələ"nin futbolçusu əməliyyat olundu

"Qəbələ"nin futbolçusu Yaovi Akakpo əməliyyat olunub. 

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı hücumçu diz qığırdağından keçirdiyi əməliyyat uğurla tamamlanıb.

Qed edək ki, Yaovi 2020-ci ildən "Qəbələ"də oynayır. Klub mayın 22-də toqolu futbolçu ilə 1 illik yeni müqavilə imzalayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.