Qol.Az

Azərbaycan millisinin FİFA reytinqindəki yeni mövqeyi

[23.06.2022]
Azərbaycan millisinin FİFA reytinqindəki yeni mövqeyi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Qol.az-ın xəbərinə görə, Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyərək 128-ci pilləyə yüksəlib. Komadanın hesabında 1128 xal var. Bir pilləlik yüksəlişə millinin UEFA Millətlər Liqasının bu Belarusla səfər matçındakı heç-heçə və Bakıdakı qələbəsi səbəb olub. 

Azərbaycan millisinin ML-dəki rəqibi olan Slovakiya 1439 xalla 51-ci, Belarus 1226 xalla 96-cı, Qazaxıstan isə 1166 xalla 124-cü yeri tutur.

Reytinqin ilk pilləsində dəyişiklik baş verməyib. Braziliya millisi (1837) siyahıya başçılıq edir. 1821 xala malik Belçika 2-ci, 1770 xalı olan Argentina isə 3-cü pilləyə yüksəlib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.