"Qalatasaray" baş məşqçi vəzifəsinə əsas namizəd Okan Burukla müqavilə imzalayıb.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalandığı bildirilib.O, 2022/23 mövsümü üçün 17 milyon türk lirəsi, növbəti mövsüm klubda qalacağı halda isə 20 milyon lirə maaş alacaq.
* * *
"Qalatasaray" baş məşqçi vəzifəsinə əsas namizəd Okan Burukla danışıqlara başlayıb.
Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türk mütəxəssislə danışıqların rəsmən başlanıldığı bildirilib. Onunla 2 illik müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Okan Buruk son olaraq "Başakşəhər"də çalışıb.
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə