“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev "İnstaqram" hesabında yeni paylaşım edib.
Qol.az xəbər verir ki, o, ölkə kubokunun finalında keçirilən "Zirə" ilə matçdan video paylaşaraq bu sözləri yazıb: “Çətin, lakin gözəl bir mövsüm. Həmd olsun Allaha”.
Qeyd edək ki, "Qarabağ" 2021/2022 mövsümündə həm Azərbaycan Premyer Liqasının, həm də Azərbaycan kubokunun qalibi olub.