Qol.Az

"Liverpul" Kurtuaya görə uduzdu" - Venger

[29.05.2022]
"Liverpul" Kurtuaya görə uduzdu" - <b style="color:red">Venger</b>

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger Çempionlar Liqasının 2021/2022 mövsümünün finalında "Liverpul" - "Real" matçının (0:1) nəticəsini şərh edib.

Qol.az "beIN Sports"a istinadən xəbər verir ki, o, Mersisayd təmsilçisinin Madrid klubunun qapıçısı Tibo Kurtuaya görə uduzduğunu deyib: “Finalı izlədikdən sonra  Premyer Liqada çempionluq uğrunda mübarizədə uduzduqdan sonra yaranan məyusluğun “Liverpul”un inamına təsir edib-etmədiyini düşündüm.Hiss olunurdu ki, Salah, Mane və fərq yarada bilən bütün oyunçular  fərq yarada biləcəklərinə çox da əmin deyildilər

Düzünü desək, “Liverpul” Kurtuaya görə uduzdu. Mənə elə gəldi ki, “Liverpul” hesabı bərabərləşdirib özünəinam qazansa, qalib gələ bilər. Lakin mersisaydlılar şanslarını reallaşdırmaq üçün yaxşı məqam tapa bilmədilər. Bir çox epizodda Kurtuaya görə bunu bacarmadılar".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.