"Sauthempton"un qapıçısı Freyzer Forster "Tottenhem"ə azad agent kimi keçməyə yaxındır .
Qol.az BBC-yə istinadən xəbər verir ki, İngiltərə millisinin futbolçusu artıq London klubunda tibbi müayinədən keçib. Müqavilənin yaxın günlərdə açıqlanacağı bildirilir.
Qeyd edək ki, 34 yaşlı qolkiperin "Sauthempton"la müqaviləsi bu ilin yayı başa çatır.
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə