Qol.Az

"Barselona" "Real"ı təbrik etdi

[29.05.2022]
"Barselona" "Real"ı təbrik etdi

"Barselona" əzəli rəqibi "Real"ı Çempionlar Liqasında bu mövsümün qalibi olması münasibəti ilə təbrik edib.

Qol.az xəbər verir ki, Kataloniya təmsilçisi sosial şəbəkə hesablarında bununla bağlı paylaşım edib. "Real"ı bu axşam (dünən - red) "Stade de Frans"da Çempionlar Liqasının qalibi olması münasibəti ilə təbrik edirik" - deyə klubun "Tvitter" səhifəsi yazıb.

Qeyd edək ki, Madrid təmsilçisi finalda "Liverpul"a 1:0 hesabı ilə qalib gələrək tarixində 14-cü dəfə Çempionlar Liqasının kubokunu qazanıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.