Qol.Az

Ançelottidən çempionluq şərhi

[29.05.2022]
Ançelottidən çempionluq şərhi

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalında “Liverpul”a qalib gəlmələri (1:0) barədə danışıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis çempionluğu belə şərh edib: 

"Mən buna inana bilmirəm. Fantastik mövsüm keçirdik. Yaxşı çıxış etdik. Çətin oyun oldu və xüsusilə birinci hissədə çox əziyyət çəkdik. Sonda hesab edirəm ki, biz bu turnirdə qalib olmağa layiq idik. Biz çox xoşbəxtik. Mən rekordçuyam. Keçən il buraya gəlmək mənə nəsib oldu və fantastik bir mövsüm keçirdim. Möhtəşəm klub, keyfiyyətli oyunçular, yaxşı heyət… Son matçda azarkeşlər bizə çox kömək etdilər. Biz xoşbəxtik, onlar da xoşbəxtdirlər”.

Qeyd edək ki, Ançelotti karyerasında 4-cü dəfə, “Real” isə tarixində 14-cü dəfə ÇL-in qalibi olub. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.