Qol.Az

Klopp: "Nəticəni qəbul edirik"

[29.05.2022]
Klopp: "Nəticəni qəbul edirik"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının finalında "Real"a uduzduqları matç (0:1) barədə fikirlərini bölüşüb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis oyundan sonra açıqlamasında deyib: 

“Oyundan sonra baxdım ki, topa sahibolmada bərabər idik. Amma biz qapıya daha çox zərbə vurduq. "Real"ı sevən hər kəsi təbrik edirəm. Biz qol vurmalıydıq və vurmadıq. Bu, futbolda ən yaxşı izahatdır. Amma çətindir. Rəqibin qapıçısı Kurtua matçın futbolçusudur. Üç dəfə 100 faizlik qol şansımız oldu, amma Kurtua inanılmaz seyvlər etdi. İlk hissədə gözəl anlar yaşadıq. Çox yaxşı işlər gördük, amma bu, kifayət etmədi. Biz bu nəticəni qəbul edirik".

Qeyd edək ki, bu, "Real"ın Çempionlar Liqasında 14-cü qələbəsidir. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.