Çempionlar Liqasının finalında "Liverpul" - "Real" matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, Madrid təmsilçisinin qapıçısı Tibo Kurtua olub. Belçikalı qolkiper görüşdə 9 qurtarış edib.
Qeyd edək ki, "Real" "Liverpul"a 1:0 hesabı ilə qalib gələrək tarixində 14-cü dəfə ÇL-in qalibi olub.
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə