Qol.Az

Ançelottidən möhtəşəm rekord

[29.05.2022]
Ançelottidən möhtəşəm rekord

"Real"ın çalışdırıcısı Karlo Ançelotti baş məşqçi kimi Çempionlar Liqasında 4-cü qələbəsini qazanıb.

Qol.az xəbər verir ki, italiyalı mütəxəssisin komandası həlledici matçda "Liverpul"u 1:0 hesabı ilə məğlub edib. Bu, Ançelottinin turnirdə 4-cü çempionluğu olub. Nəticədə Karlo Çempionlar Liqasında dörd dəfə çempionluq əldə edən ilk məşqçi adını qazanıb. O, Zinəddin Zidan və Bob Peyslini qabaqlayıb (3 qələbə).

62 yaşlı çalışdırıcı daha əvvəl "Milan"la 2 (2003, 2007), "Real"la 1 dəfə (2014) ÇL-in qalibi olub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.