Qol.Az

"Liverpul" tıxacda qaldığı üçün...

[29.05.2022]
"Liverpul" tıxacda qaldığı üçün...

“Liverpul” Çempionlar Liqasının finalında "Real"la görüş üçün Parisdəki "Stade de Frans" arenasına gəlməkdə çətinlik çəkib. 

Qol.az xəbər verir ki, bu barədə "Dail Mail" məlumat yayıb. Mersisayd klubunun nümayəndələrinin olduğu avtobus yolda tıxacda qalıb. Digər avtomobillər yer açmaq və komandanın avtobusunun qabağa keçməsinə imkan vermək üçün yolun kənarına çəkilməyə başlayıblar.

Qeyd olunur ki," Liverpul" avtobusu polis müşayiəti olmadan hərəkət edib. Nəticədə Yurgen Kloppun baş məşqçilik etdiyi komanda stadiona "Real"dan 20 dəqiqə sonra gəlib. 

Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan matçda "Real" 1:0 hesabı ilə qalib gəlir. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.