Qol.Az

Çempionlar Liqasında yeni rekord

[29.05.2022]
Çempionlar Liqasında yeni rekord

"Liverpul"un futbolçusu Trent Aleksandr-Arnold Çempionlar Liqasında yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki, ingiltərəli oyunçu buna turnirin 2021/22 mövsümünün finalında "Real"la görüşdə iştirak etməklə nail olub. O, qarşılaşmada meydana start heyətdə çıxıb. Bu, Trentin ÇL-də 3-cü finalıdır. O, daha əvvəl "mersisaydlılar"la 2018-ci ildə "Real"la (1:3), 2019-cu ildə isə "Tottenhem"lə (2:0) görüşdə meydanda olub. 23 yaş 233 günlüyündə olan futbolçu nəticədə turnir tarixində üç dəfə finala çıxan ən gənc oyunçu adını qazanıb. O, "Bavariya"nın futbolçusu Tomas Müllerin rekordunu qırıb. 

Qeyd edək ki, hazırda 1-ci hissəsi oynanılan qarşılaşmada hesab 0:0-dır. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.