Qol.Az

"Yuventus" onunla müqaviləni ləğv edir

[28.05.2022]
"Yuventus" onunla müqaviləni ləğv edir

"Yuventus" ötən mövsümün ikinci yarısını Şotlandiya "Reyncers"ində icarə əsasında keçirmiş yarımmüdafiəçisi Aaron Remzi ilə müqaviləni tezliklə ləğv etməyə yaxındır.

Qol.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb. Bildirilib ki, Turin təmsilçisi  uelsli oyunçu ilə müqaviləni ləğv etmək üçün artıq ilk cəhdini edib. Tərəflər 31 yaşlı futbolçunun müqaviləsinin ləğvi üçün alacağı təzminat məbləği barədə razılığa gəliblər.

Xatırladaq ki, Remzi 2019-cu ilin yayında "Arsenal"dan azad agent kimi "Yuventus"a keçib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.