Qol.Az

"Real" Çempionlar Liqasının qalibi oldu - Yenilənib

[29.05.2022]
"Real" Çempionlar Liqasının qalibi oldu - <b style="color:red">Yenilənib</b>

Bu gün Çempionlar Liqasında final oyunu keçirilib.

Qol.az xəbər verir ki, həlledici matçda İspaniyanın "Real" və İngiltərənin "Liverpul" klubları qarşılaşıb. Madrid təmsilçisi rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Oyundakı yeganə qolu 59-cu dəqiqədə Vinisius Junior vurub. Nəticədə "kral klubu" tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, Parisdəki "Stade de Frans" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da başlamalı olsa da,  təhlükəsizlik işləri baxımından 23:37-də start götürüb. 

28 may

23:37. "Liverpul" (İngiltərə) - "Real" (İspaniya) - 0:1

Qol: Vinisius Junior, 59

Paris, "Stade de Frans" stadionu


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.