Qol.Az

"Millətlər Liqası dünyanın ən gülünc ideayalarından biridir" - Klopp

[14.05.2022]
"Millətlər Liqası dünyanın ən gülünc ideayalarından biridir" - <b style="color:red">Klopp</b>

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Millətlər Liqası turnirinin ləğv edilməli olduğunu düşünür. 

Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, mütəxəssis bu yarışın futbolçuları yorduğunu deyib:

“Millətlər Liqası dünya futbolunun ən gülünc ideyalarından biridir. Futbolçular 70-dən çox oyun keçirsələr də, Millətlər Liqasında meydana çıxmaqda davam edirlər. Çünki onlar bu turnirə görə yığmada 4, 5, 6 matç keçirirlər". 

Qeyd edək ki, Millətlər Liqası 2018-ci ildə UEFA tərəfindən təsis edilib. Yarış iki ildən bir keçirilir və milli komandalara dünya və Avropa çempionatlarının final mərhələsinə çıxmaq üçün əlavə imkan yaradır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.