Qol.Az

Millimizin baş məşqçisi :"Əsas işimiz Avropa çempionatına hazırlaşmaqdır"

[14.05.2022]
Millimizin baş məşqçisi :"Əsas işimiz Avropa çempionatına hazırlaşmaqdır"

Azərbaycan U-17 millisinin baş məşqçisi Elxan Abdullayev Gürcüstanda keçirilən UEFA İnkişaf turnirində Gürcüstanda  Zambiyaya uduzduqları matç barədə fikirlərini bölüşüb. 

Qol.az xəbər verir ki, o, 1:3 hesabıyla bitən matçı belə şərh edib:

"Yaxşı rəqibə qarşı oynadıq. Təəssüf ki, istədiyimiz oyun alınmadı. Buna səbəb isə rəqibin bizə qarşı güclü təzyiq göstərməsi idi. İlk dəfədir ki millimiz Afrika komandasına qarşı oynayırdı. Bu, bizim gənc futbolçular üçün bir təcrübədir. Turnir hələ bitməyib, qarşıda Gürcüstan millisi ilə oyunumuz var. Əsas işimiz Avropa çempionatının seçmə mərhələsinə hazırlaşmaqdır. Bu cür beynəlxalq oyunlar keçirməklə böyük təcrübə qazanırıq. Zambiya fiziki cəhətdən güclü bir kollektivdir və onlar bu görüşdə qələbəyə daha layiq idi".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.