Qol.Az

"Məqsədlərimə çatmışam" - Qvardiola

[14.05.2022]
"Məqsədlərimə çatmışam" - <b style="color:red">Qvardiola</b>

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola jurnalistlərin Çempionlar Liqasını yarımfinalında “Real”la məğlubiyyətin onun gələcəyinə təsir edib-etməyəcəyi barədə suallarını cavablandırıb.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis bu sözləri deyib:

“Xeyr, qətiyyən təsir etməyəcək. Çempionlar Liqasında çox yaxşı çıxış etdik. Bəli, mübarizəni dayandırmağımıza görə məyus oldum. Çünki finalda oynamaq istəyirdik. Amma bu, mənim gələcəyimi və ya keçmişimi dəyişməyəcək. Artıq məqsədlərimə çatmışam".

Xatırladaq ki, ispan Qvardiola 2016-cı ilin iyul ayından "Mançester Siti"ni çalışdırır. Onun komandası ÇL-in yarımfinalında ilk görüşdə Madrid təmsilçisinə 4:3 hesabı ilə qali gəlsə də, cavab oyununda 1:3 hesabı ilə uduzub. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.