Qol.Az

"PSJ seçimini edəcək, ya Navas, ya mən"

[14.05.2022]
"PSJ seçimini edəcək, ya Navas, ya mən"

PSJ-nin qapıçısı Canluici Donnarumma komandanın digər qolkiperi Keylor Navas ilə aralarındakı rəqabətdən danışıb.

Qol.az AFP-ə istinadən xəbər verir ki, 23 yaşlı oyunçu mövsümün sonunda ya özünün ya da Navasın Paris təmsilçisindən ayrılacağını deyib:

“Keylorla çox yaxşı münasibətim var, biz pis adamlar deyilik. Rəqabətimizlə bağlı bütün vəziyyəti başa düşürük. Lakin bu, çətindir. Biz yükün öhdəsindən yaxşı gəldik, vəzifələri öz aramızda bölüşdürdük. Növbəti mövsümdə yenidən bu səviyyəli rəqabətə sahib olmaq istəyib-istəmədiyimi soruşduqda cavab verərdim ki, klub artıq seçim edəcək və bizdən biri PSJ-ni tərk edəcək”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.