Qol.Az

Klopp: "Dəfələrlə "Bavariya"da işləmək imkanım olub"

[14.05.2022]
Klopp: "Dəfələrlə "Bavariya"da işləmək imkanım olub"

"Liverpul"un baş məşqçisi Yugen Klopp İngiltərə təmsilçisini tərk etmək istəməməsinin səbəblərini açıqlayıb.

Qol.az xəbər verir ki, mütəxəssis bu barədə "The Telegraph"a danışıb. O deyib:

"Bir neçə dəfə “Bavariya”nı çalışdırmaq imkanım olub. Əminliklə deyə bilərəm ki, orada karyeramda daha çox kubok qazanardım, ən az bunun üçün daha çox şansım olardı. Amma etmədim. Mənim "Liverpul" ilə etibarlı müqaviləm var. Dünya təkcə qaliblər üçün deyil. Dünya qalib olmaq istəyən insanlarla doludur. Çalışıram. Və buna sevinirəm”.

Qeyd olunur ki, “Bavariya ” son 6 ildə hər dəfə baş məşqçi dəyişikliyi zamanı Kloppa dəvət göndərib. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.