Qol.Az

Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə

[28.01.2022]
Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə

Niderlandın Veyk-an-Zeye şəhərindəki şahmat üzrə "Tata Steel Chess" turniri davam edir. 

Qol.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirdə növbəti görüşünü keçirib. 37 yaşlı qrossmeyster 11-ci turda rusiyalı Sergey Karyakinlə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 23-cü gedişdə heç-heçəyə razılaşıb.

Bu nəticədən sonra xallarını 6,5-ə çatdıran Azərbaycan təmsilçisi hələlik 4-cü pillədə qərarlaşıb. Günün digər görüşlərindən sonra Məmmədyarovun mövqeyində dəyişiklik ola bilər.

Qeyd edək ki, turnir cədvəlinə isə 7 xalı olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.