Qol.Az

Cüdoçumuz finalda

[28.01.2022]
Cüdoçumuz finalda

Portuqaliyanın Almada şəhərindəki cüdo üzrə Qran-pri start götürüb.

Qol.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə başlayıb. 60 kq-da çıxış edən Balabəy Ağayev və Rövşən Əliyev xalça üzərinə çıxıb.

1/16 finalda özbəkistanlı Bahrom Baturova ipponla qalib gələn Ağayev növbəti raundda isveçrəli Lionel Şvanderə də eyni aqibəti yaşadıb. 1/4 finalda Monqolustan təmsilçisi Tsoqt-Oçir Byambajavdan üstün olan cüdoçu yarımfnalda yaponiyalı Taiki Nakamuronu da məğlub edərək finala yüksəlib.

Əliyev isə startda braziliyalı Allan Kuvabara ilə dueldən qalib ayrılsa da, 1/8 finalda monqolustanlı Sumiyabazar Enhtayvana uduzaraq, yarışla vidalaşıb.

Qeyd edək ki, Azərbaycanın digər 3 cüdoçusu Adil Kərimli (100 kq), İmran Yusifov və Uşanqi Kokauri (hər ikisi +100 kq) isə mübarizəyə yanvarın 30-da qoşulacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.