Qol.Az

"Yuventus" onu satmaqdan imtina etdi

[28.01.2022]
"Yuventus" onu satmaqdan imtina etdi

"Yuventus" yarımmüdafiəçisi Rodriqo Bentankuru "Aston Villa"ya satmaqdan imtina edib.

Qol.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Bildirilib ki, Turin təmsilçisi 24 yaşlı oyunçu üçün göndərilən 20 milyon funt-sterlinqlik  təklifi müsbət cavablandırmayıb. Ancaq “Yuventus” oyunçunu daha baha satmaq istəyir, çünki müqavilənin 30 faizi futbolçunun əvvəlki klubu “Boka Xuniors”a keçməlidir.

Qeyd edək ki,  Bentankur bu mövsüm "Yuventus"un heyətində 26 oyuna çıxıb, 3 qol ötürməsi verib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.