Qol.Az

Millimizin 4 üzvü karantinə alındı

[28.01.2022]
Millimizin 4 üzvü karantinə alındı

Futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində sabah Bosniya və Herseqovina ilə qarşılaşacaq Azərbaycan millisinin 4 üzvü karantinə alınıb.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu gün rəsmi məşq üçün verilmiş antigen testin nəticəsi 4 nəfərdə pozitiv çıxıb.

Oyunçulardan Emin Kürdov və Xətai Bağırov, məşqçi Ağakərim Həsənov və həkim Fuad Sadıqov oyunöncəsi məşqdə iştirak etməyib. Onlardan PCR test götürülüb, nəticələr sabah günün birinci yarısında açıqlanacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.