Qol.Az

"Hər şey öz əlimizdə deyil" - İsa Atayev

[28.01.2022]
"Hər şey öz əlimizdə deyil" - <b style="color:red">İsa Atayev</b>

"Qələbə qazanmaq üçün mübarizə aparacağıq. Növbəti mərhələyə yüksəlmək baxımından şansımız davam edir. Düzdür, hər şey öz əlimizdə deyil. İstədiklərimizin baş verməsi üçün paralel keçiriləcək oyunda Gürcüstan millisi İspaniyanı yenməlidir. Biz üzərimizə düşəni edəcəyik".

Qol.az xəbər verir ki, bu sözləri futzal millimizin  hücumçusu İsa Atayev Niderlandda təşkil olunan Avropa çempionatının D qrupunun sonuncu turunda Bosniya və Herseqovina ilə sabahkı oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Sabah ilk dəfə oyunumuz azarkeşlərin iştirakı ilə keçiriləcək. Futzalda azarkeş önəmlidir. Futzalçıların oyuna motivasiya olması baxımından da əhəmiyyətlidir” deyə o bildirib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.