Qol.Az

Haaland gələcək klubu ilə bağlı qərarını verdi

[14.01.2022]
Haaland gələcək klubu ilə bağlı qərarını verdi

Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haaland karyerasını harada davam etdirmək istədiyinə qərar verib. 

Qol.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb. Qeyd olunub ki, norveçli oyunçu "Real"da oynamaq istəyir. 21 yaşlı futbolçunun agenti Mino Rayola bildirib ki, Kilian Mbappe ilə birlikdə Madrid təmsilçisində oynamaq onun üçün prioritetdir.

“Mançester Siti” də Haalandı transfer etmək istəyir.

Qeyd edək ki, futbolçu bu mövsüm Bundesliqada 12 matçda 13 qol vurub və 5 qolun ötürməsini verib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.