Qol.Az

"Qarabağ"a daha bir transfer gözlənilir" - Qurban Qurbanov

[14.01.2022]
"Qarabağ"a daha bir transfer gözlənilir" - <b style="color:red">Qurban Qurbanov</b>

"Qarabağ"ın qış transfer pəncərəsində heyətinə daha bir futbolçu cəlb edəcəyi gözlənilir.

Bu haqda Qol.az-a açıqlamasında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib. 

O, bu gün Antalyada "Qaz Metan"a (Rumıniya) qarşı yoxlama görüşündən (0:0) sonra saytımıza bildirib ki, hücum xəttini bir legionerlə gücləndirilmək istəyirlər: 

"Əgər alınsa, bu qış bu transferi gerçəkləşdirmək istəyirik. Əks təqdirdə, həmin xəttə transferi yayda reallaşdıracağıq".

Xatırladaq ki, "Qarabağ" bu qış  Rüstəm Əhmədzadə,  Luka Quqeşaşvili və Leandro Andradeni transfer edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.