Qol.Az

"Qarabağ"ın ilk oyununda qapılara qol vurulmadı - Yenilənib

[14.01.2022]
"Qarabağ"ın ilk oyununda qapılara qol vurulmadı - <b style="color:red">Yenilənib</b>

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxıb.

Qol.az xəbər verir ki, Qurban Qurbanovun komandası Rumıniyanın "Qaz Metan" klubu ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Qış fasiləsinə lider kimi yollanan "Qarabağ"ın bu rəqibi hazırda Rumıniyanın yüksək liqasında 16 komanda arasında 13-cü pillədə qərarlaşıb. 

Qeyd edək ki, Ağdam təmsilçisi yanvarın 21-i "Şlyonsk Vroçlav" (Polşa), yanvarın 25-i isə “Visla Krakov” (Polşa) klubları ilə qüvvəsini sınayacaq. Yanvarın 21-i və 25-i isə daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə üz-üzə gələcək.

14 yanvar

18:00. "Qarabağ" - "Qaz Metan" (Rumıniya) - 0:0 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.