"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo Premyer Liqanın 15-i turunda "Kristal Pelas"la görüşü buraxa bilər.
Qol.az xəbər verir ki, buna səbəb 36 yaşlı hücumçunun zədələnməsidir . Ronaldo 14-cü turun “Arsenal”la görüşündə (3:2) ikinci qolunu qeyd edən zaman dizindən xəsarət alıb.
Bunun onun “Kristal Pelas”la qarşılaşmada iştirakına əngəl törədəcəyi gözlənilir. Sözügedən matç sabah keçiriləcək.
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə