“Milan” zədəli mərkəz müdafiəçisi Simon Kyerin əvəzinə yeni futbolçu axtarışına başlayıb.
Qol.az xəbər verir ki, A seriyası təmsilçisi Kyerin yerinə əsas namizəd kimi Samuel Umtitini görür. Klub “Barselona”nın futbolçusunu qışda transfer etməyə qərar verib. Umititi özü də "Milan"a keçməyə müsbət yanaşır.
Qeyd edək ki, A seriyasının 15-ci turunda “Cenoa” (3:0) ilə matçın 4-cü dəqiqəsində dizindən aldığı xəsarət nəticəsində əvəzlənən Kyer uzun müddətə sıradan çıxıb.
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə