Qol.Az

Ronaldo :"Bunu bacaran ilk futbolçu olduğum üçün şadam"

[04.12.2021]
Ronaldo :"Bunu bacaran ilk futbolçu olduğum üçün şadam"

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo peşəkar karyerasında 800 və 801-ci qollarını vurması haqqında fikirlərini bölüşüb. 

Qol.az xəbər verir ki, bu barədə 36 yaşlı hücumçu öz sosial şəbəkə hesablarında paylaşım edib. 

"Peşəkar karyerasında 800-dən çox qol vuran ilk futbolçu olduğuma görə şadam. Necə də heyrətamiz və unudulmaz seriyadır. Hər zaman yanımda olduqları üçün bütün azarkeşlərimə, dəstəkçilərimə təşəkkür edirəm. Artıq 801 qolum var. Bu göstəricini yaxşılaşdırmağa, mümkün olan bütün rekordları qırmağa davam edək. İrəli, bunu birlikdə bacaraq. Hamınıza güvənirəm". 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.