Moldova millisinin yeni baş məşqçisi məlum olub.
Qol.az xəbər verir ki, yığmanı Sergey Kleşenkoya çalışdıracaq. Bu barədə Moldova Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Kleşenko bu vəzifədə Roberto Bordini əvəzləyib. Bordin fevral ayından milliyə baş məşqçilik edirdi və bir neçə gün əvvəl istefaya göndərilib. O, 2018-2020-ci illərdə "Neftçi"ni çalışdırıb.
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə