Qol.Az

Dadaşovdan “Şalke”də növbəti qol

[14.10.2021]
Dadaşovdan “Şalke”də növbəti qol

Almaniyanın Qərb Regional Liqasında 11-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası doğma meydanda Köln “Fortuna”sı ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. “Şalke”nin yeganə qolunu da Dadaşov vurub. Millimizin sabiq hücumçusu 83-cü dəqiqədə penalti zərbəsindən dəqiq yararlanıb.

“Şalke 2” bu nəticədən sonra 12 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.