Qol.Az

Krespo istefaya göndərildi

[14.10.2021]
Krespo istefaya göndərildi

Braziliyanın "San-Paulu" klubu baş məşqçisi Ernan Krespo ilə yollarını ayırıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın uğursuz nəticələri 46 yaşlı məşqçinin göndərilməsinə səbəb olub.

Qeyd edək ki, argentinalı mütəxəssis bu ilin fevralında "San-Paulu" ilə 2 illik müqavilə imzalamışdı. Onun komandası hazırda 29 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.