Qol.Az

Kumana 2 oyunluq cəza

[24.09.2021]
Kumana 2 oyunluq cəza

"Barselona"nın baş məşqçisi Ronald Kuman iki oyunluq cəzalandırılıb.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, buna niderlandlı mütəxəssisin La Liqanın 6-cı turunda "Kadiz"lə matçın (0:0) sonunda qırmızı vərəqə alması səbəb olub. Kuman  hakimin işindən narazılığını bildirdiyi üçün qırmızı vərəqə görüb.

Beləliklə, baş məşqçi "Levante" və "Atletiko"ya qarşı matçları ehtiyat oyunçular skamyasından idarə edə bilməyəcək. Kluba və məşqçinin özünə də cərimə tətbiq edilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.