Qol.Az

Konfrans Liqasında qrup mərhələsi başladı

[15.09.2021]
Konfrans Liqasında qrup mərhələsi başladı

Konfrans Liqasında qrup mərhələsinin ilk turuna start verilib. 

Qol.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.

A qrupunda İsrail “Makkabi”si (Təl-Əviv) doğma meydanda Ermənistan “Alaşkert”i ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.

E qrupunda isə Hayfa “Makkabi”si (İsrail) Niderland “Feyenoord”u ilə qolsuz bərabərə qalıb.

Azərbaycanın turnirdəki yeganı təmsilçisi “Qarabağ” H qrupunda ilk oyununa sentyabrın 16-da evdə "Bazel"ə qarşı keçirəcək.
14 sentyabr

 

A qrupu

"Makkabi" (Təl-Əviv, İsrail) – "Alaşkert" (Ermənistan) - 4:1
Qollar:
Periça, 13, Kanixovski, 32, Biton, 45+3-pen, Hozez, 72 – Embalo, 17

E qrupu

"Makkabi" (Hayfa, İsrail) – "Feyenoord" (Niderland) - 0:0


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.