Qol.Az

Sarri iki oyunluq cəzalandı

[14.09.2021]
Sarri iki oyunluq cəzalandı

İtaliyanın “Latsio” klubunun baş məşqçisi Mauritsio Sarri iki oyunluq cəzalandırılıb.

Qol.az xəbər verir ki, bu barədə İtaliya A seriyasının rəsmi saytı məlumat yayıb.
 
62 yaşlı məşqçi A seriyasının 3-cü turunda “Milan”a 0:2 hesabıyla uduzduqları oyundan sonrakı davranışlarına görə belə cəzaya məruz qalıb. O, həmin oyundan sonra rəqib futbolçularla münaqişəyə girişdiyi üçün qırmızı vərəqə almışdı.
 
Beləliklə, Sarri A seriyasında “Kalyari” və “Torino”ya qarşı keçirəcəkləri oyunlarda texniki zonada yer ala bilməyəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.