Qol.Az

“Soçi” – “Keşlə” oyununa azarkeşlər buraxılmayacaq

[22.07.2021]
“Soçi” – “Keşlə” oyununa azarkeşlər buraxılmayacaq

Konfrans Liqasının ikinci təsnifat mərhələsinin bu gün keçiriləcək “Soçi” – “Keşlə” oyununa azarkeşlər buraxılmayacaq.

Qol.az xəbər verir ki, bu haqda Rusiya klubunun yaydığı açıqlamada bildirilib. Qərarın səbəbləri açıqlanmayıb.

Rəsmi saytda azarkeşlərə ünvanlanan müraciətdə bildirilib: “Təəssüf ki, parlaq duyğular və sizin dəstəyiniz əvəzinə matçı tamamilə fərqli bir atmosferdə oynamalıyıq. Bu, yalnız azarkeşlər deyil, həm də komanda və bütün klub üçün çox kədərli bir xəbərdir. Yaxın gələcəkdə sizə təzminat qərarını və bu matçın biletlərinin geri qaytarılması barədə məlumat verəcəyik”.

Soçi klubu yaranmış vəziyyətə görə üzr istəyib.

Xatırladaq ki, "Soçi" - "Keşlə" oyunu Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.