Qol.Az

Boks millimizdən xəbər var

[22.07.2021]
Boks millimizdən xəbər var

Boks üzrə milli komandamızın baş məşqçisi Nəriman Abdullayev yığmanın Tokio-2020-yə hazırlığı barədə danışıb.

Qol.az xəbər verir ki, mütəxəssis Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında komandanın yarışa yüksək səviyyədə hazırlaşdığını bildirib:

“Hazırda komandamız Tokioda olimpiya kəndindədir. Komanda açıq havada məşq edir. Keçdiyimiz bütün təlim-məşq toplanışları geridə qalıb. Olimpiadaya az vaxt qalıb, çəkilər yoxlanılır. Məşqlər yüksək səviyyədə gedir. Bu gün axşam püşkatma olacaq”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.