Qol.Az

“Qarabağ”ın oyununa satılan bilet sayı

[22.07.2021]
“Qarabağ”ın oyununa satılan bilet sayı

Bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Aşdod" (İsrail) oyununa bilet satışı davam edir.

Bu haqda Qol.az-a Ağdam klubunun Mətbuat xidmətindən bildirilib. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya 8 min bilet satılıb.

Xatırladaq ki, Nazilər Kabinetinin qərarına əsasən, oyunlara stadion tutumunun 50 faizi qədər azarkeş buraxılır. Bu da o deməkdir ki, 30 minlik tutumu olan Tofiq Bəhramov adına Respublika stadionunda uzağı 15 min azarkeş izləyə bilər. Buna görə də matç üçün 15 min bilet satışa çıxarılıb. Qiymətlər sektorlar üzrə 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat arasında dəyişir.

Qeyd edək ki, "Qarabağ" - "Aşdod" qarşılaşması saat 20:00-da başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.